Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > "Deməli, bu pul rəhbərlik tərəfindən yeyilir..."
"Deməli, bu pul rəhbərlik tərəfindən yeyilir..."Dünən, 11:26 |
Az əvvəl SOCAR "Azəriqaz" İstehsalat Birliyi işçilərinin gileyini təqdim etdik. "DİA-AZ" xəbər verir ki, həmin şikayətdən anlaşılırdı ki, regional idarədə çalışan sıravi işçilər lazım olan avadanlıqlarla təchiz olunmurlar və buna rəğmən onlardan işlərin icrası tələb olunur. Nəticədə işçi məcbur olub öz hesabına ləvazimat alır ki, bu da nəticədə sıravi çalışanların borclanmalarına səbəb olur. Bununla bağlı müşahidələr və edilən şikayətlərdən də anlaşılır ki, əslində "yuxarılar" tərəfindən təchizat məsələsində hansısa problemli durum mövcud deyil. Bu isə o deməkdir ki, ortada BÖYÜK YEYİNTİ faktı var. "DİA-AZ"a edilən son müraciətdən isə aydın olur ki, təkcə "Azəriqaz"da yox, SOCAR-ın digər qurumlarında da anoloji vəziyyət hökm sürməkdədir. Məsələn, redaksiyamıza müraciət edən SOCAR-ın Nəqliyyat işçiləri qeyd edirlər ki, onlarda da eyni qaydada qanunsuz tələblər irəli sürülür. Müraciətdə deyilir: "SOCAR Nəqliyyat İdarəsində də sürücülər ehtiyyat hissələrini öz pulları ilə alırlar. Və bununla bağlı etdiyimiz şikayətləri eşidən yoxdur, əksinə iş yerini itirməklə hədələnirik. Amma məlumdur ki, ehtiyat hissələri üçün vəsait dövlət tərəfindən ayrılır. Deməli, bu pul rəhbərlik tərəfindən yeyilir. Bizim isə maaşımız nə qədər olmalıdır ki, hələ üstəlik öz dolanışığımızla bərabər ehtiyat hissələrinin də xərcini çəkək. Xahiş edirik buna bir əncam qılsınlar..." Geri qayıt |