Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > Naxçıvanda “dədə-baba” qaydası təyinatlar

Naxçıvanda “dədə-baba” qaydası təyinatlar


Bu gün, 11:53
Naxçıvanda “dədə-baba” qaydası təyinatlar
Naxçıvan Təhsil Nazirliyində özbaşınalıqlar davam edir.
Ovqat.com-un Muxtar Respublikadakı qaynaqlarından aldığı məlumata görə, “canişinliyin” Təhsil Nazirliyi rəhbərliyi dövlət imtahanı keçirmədən istədikləri kadrları, xüsusilə də öz qohumlarını dövlət qulluqçusu adıyla işə götürürlər.
“Bunlardan biri də Naxçıvan şəhər təhsil şöbəsinin baş mühasibi Talıbova Nuranə İlham qızıdı. Çox maraqlıdı bu insan mühasib imtahanından kəsilib və mühasib olaraq işlədiyi müddətdə səhv hesablamalına görə dövlətə 100.000 borcu yaranıb. Anlamaq mümkün deyil, bu cür karyeraya malik bir kadrı necə mükafatlandırıb yenidən baş məsləhətçi vəzifəsinə təyin edirlər? Ümumiyyətlə, Naxçıvanda kadr seçimi hansı qayda-qanunla tənzimlənir”, - mənbəmiz soruşur.
Bildirildiyinə görə, bu vəzifəyə təyinatın dövlət imtahanı yoluyla ediləcəyini düşünən bir çox namizəd aylarla imtahanlara hazırlaşıb. Hətta bu məqsədlə xüsusi kurslara gedib ayda 250 manat ödəyənlər belə olub. Əgər yeni təyinatlar “dədə-baba” qaydası həyata keçiriləcəkdisə, niyə bunu əvvəlcədən bəyan etmir, onsuz da kasıb vəziyyətdə yaşayan insanları əlavə borca-xərcə salırdılar.

Geri qayıt