Əsas Səhifə > Dünya > Makronun təşəbbüsü keçmədi
Makronun təşəbbüsü keçmədiDünən, 08:09 |
Ukrayna üçün Avropa ölkələri arasında güclü koalisiya qurmaq çox çətindir. Məsələn, Almaniya tarixi səbəblərə görə Ukraynaya sülhməramlı qoşun göndərmək istəmir. Polşanın Baş naziri Donald Tusk isə Fransa Prezidenti Emmanuel Makronla görüşündə ölkəsinin həm Ukraynaya dəstək, həm də NATO-nun şərq cinahının müdafiəsi baxımından artıq ən ağır yükü daşıdığını bildirib. Axar.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" məlumat yayıb. Qeyd olunur ki, Finlandiya Prezidenti Aleksandr Stubb və Danimarkanın Baş naziri Mette Frederik hesab edirlər ki, yalnız Şimali Atlantika Alyansına üzvlük Ukraynanın suverenliyinə təminat verə bilər. Bəzi diplomatlar isə bildirir ki, ABŞ-ın dəstəyi olmadan sülhməramlılardan ibarət koalisiya təşkil edilə bilməz - xüsusən də kəşfiyyat sahəsində. Geri qayıt |