Azərbaycan Prezidenti İlham Əliyevin təyyarəsi Moskva üzərində olarkən dövlət başçısına AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması barədə məlumat verilib.
"Report"un məlumatına görə, bundan sonra Prezident İlham Əliyev təyyarənin dərhal geri dönməsi ilə bağlı tapşırıq verib.
Prezident təyyarəsi Moskva üzərində geri dönüş edib və Bakıya üz tutub.
Qeyd edək ki, Prezident İlham Əliyevin təyyarəsi artıq Bakıda eniş edib.
Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub. Hazırki məlumata əsasən 32 nəfər sağdır.
***
Prezident İlham Əliyevin olduğu təyyarə Bakı şəhəri Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
"Report"un məlumatına görə, bu barədə Prezidentin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, Sankt-Peterburq şəhərində MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərə yola düşən Prezident İlham Əliyevə baş vermiş qəza ilə bağlı məruzə olunan kimi dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib və Azərbaycana qayıdıb.
Aktau yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini həyata keçirən təyyarə qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub. Hazırki məlumata görə, 32 nəfər sağdır.