Burun əməliyyatlarında ölüm riski - Nəzrinin ölümünə nə səbəb olub?
"Rinoplastika əməliyyatında beynin zədə görməsi mümkün deyil. Çünki, bu əməliyyat zamanı beyin görünmür, çox dərində, arxada qalır. Ona görə də, rinoplastika əməliyyatında beyinin zədə almasının ölümə səbəb olduğunu söyləmək düzgün fikir deyil. Ölümün səbəbini ekspertiza araşdırmalıdır". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, plastik və estetik cərrah Vaqif Qələndərli söyləyib.
Qeyd edək ki, burun əməliyyatından sonra komaya düşən 30 yaşlı Nəzrin Mansurlunun ölümü rinoplastika əməliyyatları ilə bağlı narahatlığa səbəb olub. Mərhumun atası mətbuata açıqlamasında bildirib ki, burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən N.Mansurlu sonradan komaya düşüb. İddia olunur ki, onun beyninə çirk dolub. Buna səbəb isə əməliyyatı edən həkimin cərrahiyyə əməliyyatı zamanı beyni zədələməsidir. V.Qələndərli isə bu iddianın tibbi baxımdan inandırıcı olmadığını söyləyir. O, bildirir ki, rinoplastika əməliyyatı zamanı həkimin beyni zədələməsi mümkün deyil. "Ola bilər ki, xəstənin başqa narahatlığı, yanaşı xəstəliyi olub. Axı rinoplastika əməliyyatında həkim beyni görmür. Beyin çox dərində qalır. Beyni bu halda necə zədələmək olar? Bəlkə pasiyentin qanında infeksiya olub? Bütün bu şübhələr araşdırılmalıdır. Bununla bağlı yekun rəyi ekspertiza verəcək. Ekspertiza rəyi olmadan ölümün səbəbini qəti formada söyləmək mümkün deyil. Tibbi savadı olanlar bilir ki. rinoplastika əməliyyatında beynin zədə alması mümkün deyil. Biz ona görə də ekspertizanın cavabını gözləməliyik. Yalnız bundan sonra ölüm səbəbini dəqiq söyləmək olar", - deyə Vaqif Qələndərli söyləyib. Burun əməliyyatında beyin travması... Tanınmış otolorinqoloq Kamran İbrahimov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, burun çəpəri və rinoplastika əməliyyatları zamanı həkimin beyinə gedib çatması mümkün deyil. O, bildirib ki, buna sinus cərrahiyyəsi zamanı ehtiyac duyulur: "Sinus cərrahiyyəsi burun və üz nahiyəsində sinusların müalicəsində istifadə edilən müasir cərrahi üsul hesab olunur. Bu prosedur endoskop adlanan nazik boru ilə sinuslara daxil edilərək həyata keçirilir. Əsasən sınıqlar zamanı aparılır. Adi burun çəpəri və plastikası əməliyyatlarında həkim beyinə toxunmur. Beyin burunun yuxarı hissəsində yerləşir. Burun çəpərindən beyinə daxil olmaq mümkün deyil". Ümid ekspertizanın rəyinə qalıb Bununla belə, K.İbrahimov bildirib ki, hər şey məhkəmə tibbi ekspertizasının nəticəsində üzə çıxacaq. "Həmin xanımın ölümü təbii ki, hər birimizi sarsıtdı. Amma onun ölümünün səbəbi məhkəmə tibbi ekspertiza rəyindən sonra məlum olacaq. Ekspertizanın rəyi göstərəcək ki, pasiyentdə beyin travması olub, yoxsa yox? Beyninə infeksiyanın keçib-keçməməsi də ekspertizanın rəyindən sonra üzə çıxacaq. Ekspertiza zamanı beyin açılır, onun içərisində sınığın, çirkin olub-olmadığı aşkar görünür", - deyə K.İbrahimov bildirib. İki insanın ölümünə səbəb olan həkimi hansı cəza gözləyir? Qeyd edək ki, Nəzrin Mansurlu "Mərcan Medicare" klinikasında tanınmış həkim Sənan Mehtiyev tərəfindən əməliyyat olunub. Sənan Mehdiyev isə ölkədə bu sahədə ən populyar və bahalı həkimlərdən hesab olunur. Bununla belə Nəzrin Mansurlu Sənan Mehtiyevin əməliyyatından sonra ölən ilk pasiyent deyil. 2015-ci ilin martında həmin həkimin əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova klinikada vəfat etmişdi. Ailəsinin uzun müddət davam edən şikayətlərindən sonra hadisə araşdırıldı və S.Mehtiyev 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edildi. Lakin onun azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzləndi və cəzası çəkilmiş hesab olundu. Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, belə hallarda həkimlə bağlı dərhal həbs qərarı verilmir. "Pasiyentin ölüm səbəbi ilk növbədə məhkəmə tibbi ekspertizası tərəfindən araşdırılmalıdır. Ekspertizanın rəyində həkimin səhvi, həkim səhlənkarlığı nəticəsində ölüm hadisəsinin baş verdiyi təsdiqlənərsə, həkimi 5 ilədək azadlıqdan məhrumetmə cəzası verilir", - deyə Rəşad Əliyev bildirib. Nəzrin Mansurlunun ölməsi faktı üzrə cinayət işi başlanıb Yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində rinoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib. Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur. Xatırladaq ki, Cinayət Məcəlləsinin 314-cü maddəsinə əsasən, səhlənkarlıq ehtiyatsızlıqdan ölümə və ya digər ağır nəticələrə səbəb olarsa, buna görə 2 ildən 5 ilə qədər azadlığın məhdudlaşdırılması və ya 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58 |
|
|
|
• ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52 |
|
|
|
• Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48 |
|
|
|
• "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38 |
|
|
|
• Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34 |
|
|
|
• Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23 |
|
|
|
• Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32 |
|
|
|
• Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11 |
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46 |
|
|
|
• "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41 |
|
|
|
• Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39 |
|
|
|
• “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36 |
|
|
|
• İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30 |
|
|
|
• Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25 |
|
|
|
• Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23 |
|
|
|
• Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14 |
|
|
|
• Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13 |
|
|
|
• Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Dünən, 17:04 |
|
|
|
• Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Dünən, 17:01 |
|
|
|
• Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Dünən, 16:59 |
|
|
|
• Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Dünən, 16:55 |
|
|
|
• Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Dünən, 16:48 |
|
|
|
• Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Dünən, 16:44 |
|
|
|
• Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Dünən, 16:42 |
|
|
|
• 26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Dünən, 16:36 |
|
|
|
• Naxçıvanda dövlət qurumu adını dəyişir
Dünən, 16:29 |
|
|
|
• Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Dünən, 16:17 |
|
|
|
• Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Dünən, 16:15 |
|
|
|
• Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Dünən, 16:11 |
|
|
|
• Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Dünən, 16:05 |
|
|
|
• Pezeşkian sabah Tacikistana səfər edəcək
Dünən, 16:01 |
|
|
|
• Valeh Əhmədova bu kanalda vəzifə verildi - FOTO
Dünən, 15:50 |
|
|
|
• Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Dünən, 15:48 |
|
|
|
• Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Dünən, 15:44 |
|
|
|
• AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Dünən, 15:38 |
|
|
|
• Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Dünən, 15:31 |
|
|
|
• Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Dünən, 15:29 |
|
|
|
• Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Dünən, 15:28 |
|
|
|
|