
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxsin vəkili Zibeydə Sadıqova Bəhruz Səmədov barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə məhkəmə qarşısında vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib.
Cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub. Növbəti proses martın 7-ə təyin olunub.
Qeyd edək ki, Bəhruz Səmədov ötən ilin avqust ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri saxlanılıb.
DTX tərəfindən ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.