
Ermənistanın Merdzavan kəndində baş verən atışma ilə bağlı məhkəmə daha bir nəfəri həbs edib.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan bu məlumatı təsdiqləyib.
Bununla da həbs edilənlərin ümumi sayı 5 nəfərə çatıb. Hazırda 9 vətəndaşa qarşı ittiham irəli sürülüb. Üç iştirakçı ev dustaqlığındadır, doqquzuncu təqsirləndirilən şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməyib.
Daha əvvəl kəndin icma rəhbəri Mqer Axtoyana qarşı ittiham irəli sürüldüyü məlum olub.
Xatırladaq ki, fevralın əvvəlində kənddə baş verən mübahisə Axtoyanın qohumu olan bir nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnib.
KİV-də yer alan ilkin məlumata görə, hadisəyə səbəb sürət həddinin aşılmasına görə bir qrup gənc arasında yaranan mübahisə olub.