Əsas Səhifə > Güney Press > “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...”
“Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...”21-12-2024, 15:00 |
“Azərbaycan tərəfdən sülh sazişinin imzalanması və münasibətlərin normallaşdırılması üçün təklif və şərtlər kompleks şəkildə irəli sürülür. Amma təəssüf ki, Ermənistan tərəfdən Azərbaycanın şərt və təkliflərinə hələlik kompleks şəkildə konstruktiv yanaşma görmürük”. Bunu TNS-ə “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib. Ermənistanın Baş naziri Nikol Paşinyanın münaqişədən əvvəl mövcud olmuş dəmir yolunun bərpası ilə bağlı təklifinə münasibət bildirən Aydın Quliyev əlavə edib ki, Ermənistan tərəfdən tək-tək şərtlərlə bağlı bəzən yarımçıq, bəzən isə konstukriv olmayan yanaşmalar müşahidə edilir: “Məsələn, Azərbaycanın beynəlxalq hüquqi müstəvidə iddialardan qarşılıqlı şəkildə imtina olunması ilə bağlı təklifinə Ermənistanın, Paşinyanın reaksiyası budursa, normal saymaq olar. Amma təkcə bu təkliflə razılaşmaq hələ münasibətlərin normallaşması üçün kifayət deyil. Dediyim kimi, bütün təklif və şərtlərə kompleks yanaşma tələb olunur ki, biz Ermənistandan bunu görmürük”. Baş redaktor qeyd edib ki, Paşinyanın Azərbaycanla münaqişə başlayandan sonra dayandırılan dəmir yolunun bərpasına dair təklifi də yarımçıqdır: “Çünki dəmir yolunun, ümumiyyətlə kommunikasiyaların bərpasına kompleks şəkildə yanaşmaq lazımdır. Ümumiyyətlə, söhbət təkcə Paşinyanın nəzərdə tutduğu kimi, Qazax-İrəvan, yaxud Naxçıvan-İrəvan dəmir yolunun açılmasından getmir. Bütövlükdə kommunikasiyalar açılmalıdır. Bunun ən vacibi isə Zəngəzur dəhlizinin açılmasıdır. Təəsüsüf ki, Paşinyan bu məsələdə konstruktiv mövqe nümayiş etdirmir. Əksinə, Ermənistanın rəsmi şəxsləri Zəngəzur dəhlizini “Qırmızı xətt” kimi göstərirlər. Belə olan halda Paşinyanın dəmir yolunun bərpası ilə bağlı təklif irəli sürməsi ictimaiyyəti aldatmaq, danışıqlar prosesini uzatmaq cəhdidir. Onlar Azərbayanla münasibətləri həqiqətən normallaşdırmaq istəyirlərsə, konstitusiyanın dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğvi istiqamətində addımlar atmalıdırlar”. Geri qayıt |