Əsas Səhifə > Güney Press > Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı

Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı


21-12-2024, 14:58
Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı
Azərbaycanda minimum əməkhaqqının artırılması vətəndaşların əsas diqqət mərkəzindədir. Ölkədə sosial rifahın artırılması və əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədilə bu sahədə atılacaq addımlar mühüm əhəmiyyət kəsb edir. Hökumət rəsmiləri minimum əməkhaqqının artımı ilə bağlı hazırlanan təkliflər üzərində işləyir və yaxın günlərdə bu barədə daha dəqiq məlumatların açıqlanacağı gözlənilir.
Bu artımın konkret rəqəmləri və tətbiq ediləcəyi tarixlər hələ rəsmi şəkildə açıqlanmasa da, gözləntilər böyükdür. Ölkədə minimum pensiya, təqaüdlər, ortaaylıq əməkhaqqı və digər maddi təminat vasitələrinin artırılması ilə bağlı rəsmi açıqlamalar verilsə də, minimum əməkhaqqının artırılmasına dair dəqiq məlumat hələ də verilməyib.

Maraqlıdır, bu artım məbləği nə qədər olacaq?

Məsələ ilə bağlı danışan iqtisadçı Natiq Cəfərli Ajans.az-a açıqlamasında bildirib ki, gələn ilin əvvəlindən ölkədə minimum təqaüd və minimum əməkhaqqının artırılması planlaşdırılır.

Onun sözlərinə görə, bu qərar Prezident İlham Əliyevin sosial rifahın yüksəldilməsi ilə bağlı verdiyi göstərişlərin və 2022-2026-cı illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasının bir hissəsidir:

"Bu artımların olması artıq dəqiqləşmiş bir məsələdir, lakin artımın məbləği ilə bağlı müzakirələr davam edir. Ehtimallara görə, minimum əməkhaqqı və təqaüdlərdə artım təxminən 10 faiz civarında ola bilər. Hazırda ölkədə minimum əməkhaqqı 345 manat təşkil edir. Əgər artım 10 faiz həcmində həyata keçirilərsə, bu məbləğ 34,5 manat artaraq 379,5 manata yüksələcək. Minimum təqaüd isə hazırda 280 manatdır və eyni artım tətbiq edilərsə, bu rəqəm 28 manat artaraq 308 manata çata bilər".

Natiq Cəfərli qeyd edib ki, daha yüksək artımların həyata keçirilməsi ehtimalı azdır, çünki dövlət büdcəsindən ayrılan vəsaitlərin bu cür artımlar üçün kifayət etməməsi gözlənilir.

Geri qayıt