Əsas Səhifə > Güney Press > Zurabişvili İvanişvilini öz iqamətgahında danışıqlara çağırdı...
Zurabişvili İvanişvilini öz iqamətgahında danışıqlara çağırdı...Bu gün, 09:22 |
Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə yeni seçkilərin tarixini müzakirə etmək üçün “Gürcü Arzusu”nun fəxri sədri və qurucusu Bidzina İvanişvilini Orbeliani sarayına dəvət edib. Moderator.az "Newsgeorgiya" nəşrinə istinadla xəbər verir ki, Prezident bu barədə dünən -dekabrın 22-də axşam öz iqamətgahı qarşısında çıxış edərkən mikrofonda texniki problem yarandıqdan sonra meqafon vasitəsilə danışıb. Zurabişvili bildirib ki, yeni seçkilərin tarixi dekabrın 29-dan əvvəl razılaşdırılmalıdır. "Qoy İvanişvili Orbeliani sarayına (Gürcüstan prezidentinin Atoneli küçəsindəki iqamətgahı – red.) gəlsin, çünki o, hər şeyə nəzarət edir, mən də onunla oturub seçkilərin necə təyin olunması barədə düşünməyə hazıram. Amma seçkilərin təyin olunma tarixi 29-na qədər razılaşdırılmalıdır. 29-na qədər bu ölkəni irəli aparmaq, bütün dünyaya demokratiya, barışıq, tərəqqi nümunəsi göstərmək üçün hamımızın böyük şansımız var. Biz cavab gözləyirik”, - Zurabişvili bildirib. Bundan öncə “Güclü Gürcüstan” koalisiyasının üzvü bildirib ki, Daxili İşlər Nazirliyi Gürcüstan prezidenti Salome Zurabişvilinin çıxışı üçün avadanlığı olan maşını ələ keçirib. Onun sözlərinə görə, avtomobil avadanlıq, səhnə konstruksiyaları və audiotexnika daşıyıb. Müxalifətçi bildirib ki, bu məsələ əvvəllər şəhər rəhbərliyi ilə razılaşdırılsa da, lakin sonda avtomobil Qəhrəmanlar meydanından “oğurlanıb” və İctimai Təhlükəsizliyi İdarəetmə Mərkəzinin 112 saylı xidmətinin cərimə meydançasına aparılıb. Geri qayıt |