Əsas Səhifə > Güney Press > "Qadın ayrılıb deyə “onunla evlənmək olmaz” düzgün düşüncə tərzi deyil"
"Qadın ayrılıb deyə “onunla evlənmək olmaz” düzgün düşüncə tərzi deyil"Bu gün, 11:51 |
“Qardaşımın oğlu bir dəfə ailə qurub, ayrılıb. Bizim bir tələbəmizi görüb bəyənmişdi. Qızın da taleyi gətirməmişdi, bir dəfə evlənib ayrılmışdı. Elçi getdik vermədilər. Dedilər, o bir dəfə evlənib, daha evlənməsin. Biz də məcbur olub, qızı qaçırtdıq, indi çox xoşbəxtdirlər”. "DİA-AZ" xəbər verir ki, bu fikirləri APA TV-nin “Sözüm var” proqramında Xalq artisti Gülyaz Məmmədova səsləndirib. “Boşanmaların da səbəbi olur. Hər boşanan qadın haqqında bədgüman olmaq olmaz. Hərdən mənə yazırlar ki, sən özün də boşanmısan. Axı boşanmaların da səbəbi var. Hamını tərəzinin eyni gözünə oymaq olmaz. Hər insanın xoşbəxt olmaq haqqı var. Qadın ayrılıb deyə “onunla evlənmək olmaz” düzgün düşüncə tərzi deyil”,- deyə müğənni vurğulayıb. Şer ilk dəfə "əsl" adını açıqladı - Hətta anası da bilmirmiş Geri qayıt |