Əsas Səhifə > Güney Press > Prokuror “Kanal 11”in direktoruna cəza istəyib

Prokuror “Kanal 11”in direktoruna cəza istəyib


Bu gün, 13:01
Prokuror “Kanal 11”in direktoruna cəza istəyib
“Kanal 11” internet televiziyasının direktoru Teymur Kərimov və onunla birlikdə mühakimə olunan İstək Totiyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fariz Rzayev ittiham nitqi ilə çıxış edib.

Dövlət ittihamçısı Teymur Kərimovun 9 il , İstək Totiyevanın isə 3 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib.

İstək Totiyevanın barəsində həbs qətimkan tədbirinin seçilməsinin və məhkəmə zalından həbs edilməsinin istəyib.

Növbəti proses dekabrın. 28-ə davam edəcək.
Teymur Kərimov və İstək Totiyevanın barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qroxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Teymur Kərimov və İstək Totiyeva hədə-qorxu yolu ilə zərərçəkmişlərdən pul tələb etməkdə təqsirli bilinirlər.

İstək Totiyevanın barəsində cinayət işi başlanılıb. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə Leyla Gülməmməd qızı Almaszadə və Fərrux Yaşar oğlu Ələkbərov zərərçəkmiş qismində tanınıblar.

Geri qayıt