Əsas Səhifə > Güney Press > Ət kağız üstündə artır, bəs bazarda?
Ət kağız üstündə artır, bəs bazarda?Dünən, 15:14 |
Bu ilin əvvəlindən İmişli rayonunda ət və süd istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə çox olub. Bu barədə İmişli Rayon Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, yanvar-noyabr aylarında rayonda 11 625 ton ət istehsal olunub. Bu rəqəm 1 il əvvəl 11 606 ton olub. 11 ay ərizndə İmişlidə 49 328 ton süd istehsal edilib. Bu rəqəm 2023-cü ilin eyni dövründə 46 489 ton təşkil edib. Maraqlıdır ki, ət və süd istehsalı artdığı halda qiymətləri niyə ucuzlaşmır? Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a açıqlamasında deyib ki, ölkəmizdə ət istehsalı ümumilikdə ildən-ilə azalıb: “Təkcə bu il qoyun və mal ətinin kilosi 2-3 manat bahalaşıb. Həmçinin süd və süd məhsullarının qiymətində də artım var. Belə olan halda istehsal artımından danışıla bilməz. Əgər istehsal artsaydı, o zaman ölkəmizə ət idxalı azalmalıydı. Lakin gözlənildiyi kimi, ət idxalı azalmaq əvəzinə artmaqda davam edir. Hələ üstəlik idxal olunan ətin qiyməti daxili bazarda satılan ətdən yüksəkdir”. O qeyd edib ki, açıqlanan statistika həqiqəti əks etdirməyə bilər: “İmişli Rayon Statistika İdarəsindən tərəfindən açıqlanan rəqəmlər sadəcə siyası rəqəmlərdir. Bu rəqəmlərin praktikada heç bir sübütu yoxdur. İdxal rəqəmlərinə baxsaq, görərik ki, ət idxalı ildən-ilə artmaqda davam edir. Bu səbəbdən yenidən statistikaya nəzər salınmalıdır”. Geri qayıt |