Əsas Səhifə > Güney Press > AZAL təyyarəsinin qəzası: ölənlərin sayı açıqlandı
AZAL təyyarəsinin qəzası: ölənlərin sayı açıqlandıDünən, 12:27 |
Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə ölənlərin sayı 14 nəfərə çatıb. Axar.az xəbər verir ki, Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb. “25.12.2024-cü il tarixində saat 10:58-də 1-ci kateqoriyalı təcili yardım çağırışı daxil olub (təyyarənin göyərtəsində balon partlayıb). 22 təcili tibbi yardım briqadası və Mərkəzi Tibb Mərkəzindən 6 briqada göndərilib. Rayon multidissiplinar xəstəxanasında 30 cərrahiyyə və travma çarpayısı, 10 reanimasiya çarpayısı hazırlanıb. Rayon uşaq xəstəxanasında da 20 çarpayılıq və 10 reanimasiya çarpayısı hazırlanıb”,- məlumatda deyilir. Qeyd olunur ki, hazırda 14 zərərçəkən rayon xəstəxanasına çatdırılıb: “14 nəfərdən 5-i ağır vəziyyətdə reanimasiyadadır. 11 yaşlı uşaq Uşaq Xəstəxanasına yerləşdirilib və təcili yardım səviyyəsində müayinə olunur. Daha 1 uşağı da gətirirlər, 16 yaşında”. Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. *** Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan 25 nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə Qazaxıstan Fövqəladə Halllar Nazirliyindən bildirilib. *** Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan 27 nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə Qazaxıstan Fövqəladə Halllar Nazirliyindən bildirilib. Xəsarət alanlardan 3-ü uşaqdır. Geri qayıt |