Əsas Səhifə > Güney Press > Jest olaraq "Legend Motors"un adını avtomobilin üzərinə yapışdırıb
Jest olaraq "Legend Motors"un adını avtomobilin üzərinə yapışdırıbDünən, 12:38 |
Çin istehsalı avtomobillərinin sifarişlə çatdırılması, satışını həyata keçirən, servis xidmətləri və proqram təminatı üzrə fəaliyyət göstərən “Legend Motors” şirkəti “TikTok”da yayımlanan “Təkərdə” adlı verilişə sponsorluq etdiyi, iştirakçılara avtomobil bağışladığı barədə iddialara aydınlıq gətirib. Şirkətdən Pravda.az-a bildirilib ki, Azər Zahidin aparıcılıq etdiyi verilişə avtomobil hədiyyə edilməyib. “Azər Zahid “Legend Motors”dan özünə avtomobil alıb. Jest olaraq bizim şirkətin adını da avtomobilin üzərinə yapışdırıb. Dünəndən bəri bizə xeyli zənglər edilib. Söhbətin məğzini bilib-bilmədən kimisə “baltalamaq” düzgün deyil. Məntiqlə fikirləşək, biz baş sponsorluq ediriksə, reklam banerimiz niyə balaca olsun? Maşın hədiyyə ediriksə, adımızı hər yerə yapışdırardılar”. Açıqlamada tiktokerlərin saxlanılması ilə əlaqədar “Legend Motors”un da aidiyyəti orqanlar tərəfindən hər hansı xəbərdarlıq alıb-almadığı barədə suala isə belə cavab verilib: “Bunun açıqlamasını verməyəcəyik. Axı bizim məsələ ilə heç bir əlaqəmiz yoxdur. Kor-kor, gör-gör... Bəzi xəbər saytları əsası olmayan məlumatları yaydılar. Heç kim məsələnin əslini soruşmur. Verdiyimiz açıqlamaları təhrif edən xəbər saytları yalan-yanlış məlumat yazdılar. Hazırda vəkilimizlə danışıb məhkəməyə müraciət etməyi düşünürük”. Geri qayıt |