Əsas Səhifə > Güney Press > Quru sərhədlər açıq olsaydı, qəza baş verməyəcəkdi?
Quru sərhədlər açıq olsaydı, qəza baş verməyəcəkdi?Dünən, 16:01 |
Azərbaycana məxsus, Bakıdan Qroznıya uçan təyyarənin qəzaya uğraması ağır faciədir. Təbii ki, həmişə olduğu kimi bu dəfə də müəyyən şəxslər bu faciə üzərindən spekulyasiya edirlər: "...Əgər quru sərhədlər açıq olsaydı, insanlar Qroznıya quru yolla gedəcəkdilər və ölməyəcəkdilər...”. Bu adamlar niyə bu qədər əmindirlər ki, quru sərhədlər açıq olsaydı, bu gün ölən şəxslər Qroznıya məhz maşınla gedəcəkdilər və bu qədər də insan ölməyəcəkdi?! Guya sərhədlər açıq olsaydı, qəzada ölən insanlar maşınla gedəcəkdilər və nəticədə sağ qalacaqdılar. Məntiqinizə nə deyim... Quru sərhədlər açıq olsaydı belə, təyyarə ilə də gedənlər yenə olacaqdı. Hələki qəzanın səbəblərini bilmirik. Əgər qəza məhz bu təyyarədəki texniki problem ucbatından baş veribsə, bu təyyarə yenə qəzaya uğrayacaqdı. Həlak olanlar da bu şəxslər yox, başqaları olacaqdı. Yəni, nəticə dəyişməyəcəkdi. Belə məntiqsiz və absurd fikirlər yazmaqdansa, susmaq daha yaxşıdır. Bəli, AZAL məsuliyyətsiz qurumdur, insan amili onlar üçün əhəmiyyət kəsb etmir. Lakin qəzanın səbəblərini bilmədən heç kəsi ittiham edə bilmərik. Qəza baş verən zaman Prezident İlham Əliyev də Rusiyaya səfər edirmiş, hadisə barədə ona məruzə olunub, səfərini yarımçıq qoyub və dərhal geri dönmək barədə qərar verib. Faciənin səbəblərinin araşdırılması birbaşa Prezidentin nəzarətindədir. Artıq dövlət nümayəndələri də Qazaxıstana yola düşüblər. Allahdan həlak olanlara rəhmət, sağ qalanlara şəfa diləyirəm! Samir Feyruzov - "DİA-AZ" Geri qayıt |