Əsas Səhifə > Güney Press > Azər Zahid haqda həbs qərarı verildi: Bu cinayətlərdə ittiham olunur
Azər Zahid haqda həbs qərarı verildi: Bu cinayətlərdə ittiham olunurDünən, 19:09 |
“TikTok”da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahid həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sosial şəbəkədə əxlaqsızlığı təbliğ edilməsi ilə bağlı saxlanılan Azərin cinayətləri ortaya çıxıb. Ona qarşı cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma, qumar oyunları təşkil etmə və başqa maddələrlə ittiham irəli sürülüb. Prokuror ağır cinayətlərdə təqsirləndirilən aparıcının həbsini istəyib. Təqdimata Nərimanov Rayon Məhkəməsində baxılıb. Hakim Gültəkin Əsədovanın qərarı ilə Azər Zahid barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, “TikTok” əməliyyatı ilə bağlı 15-dən çox saxlanılan var. Onların hamısı istintaqa cəlb edilib. Geri qayıt |