Əsas Səhifə > Güney Press > Dəhlizin tikintisi 2025-ci ildə yekunlaşacaq: Azərbaycan sərhəddə çıxır
Dəhlizin tikintisi 2025-ci ildə yekunlaşacaq: Azərbaycan sərhəddə çıxırDünən, 09:38 |
Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik: - Nikol Paşinyanın Qarabağla bağlı etirafları ölkə daxilində ona qarşı olan müxalifətin yenidən hücumları ilə nəticələnib. Bu cür etirafların danışıqlar prosesinə təsiri haqqında nə demək olar? - Əslində, bu kimi açıqlamalar Paşinyanın ənənəvi davranışlarından biridir. Çünki o bu gün bir, sabah ayrı məsələdən danışır. Ermənistanda seçkiöncəsi Azərbaycanla sülh razılaşması imzalamasını o özü üçün riskli hesab edir. Düşünür ki, belə olan halda Ermənistan daxilində onun əleyhinə olan qüvvələr üzərinə gələcək. Deyəcəklər ki, “Qarabağı Azərbaycana təhvil verdin” və s. Ona görə də Paşinyan indi deməyə çalışır ki, bütün bu məsələlər elə 30 il öncə də bəlli idi. O indi deyir ki, “səhf edib, gərək erməni cəmiyyətinə bu danışardı”. Hər halda, o öz səhvini indi etiraf edib. Sadəcə olaraq, rəqibləri bu məsələdən ona qarşı sona kimi istifadə etməyə çalışacaq. - Azərbaycanla Ermənistan arasında sülh mətni üzərində 15 müddəanın razılaşdırıldığı bəyan edildi. Bu halda gələn il digər məsələləri razılaşdırıb sülh müqaviləsini imzalamaq nə dərəcədə real görünür? - Sözsüz ki, sülh razılaşmasını əldə etmək mümkündür. Amma buna baxmayaraq, Azərbaycanı bu məsələdə tələsdirən heç nə yoxdur. Azərbaycanın sülhlə bağlı konkret tələbləri var. Bu tələblər yerinə yetirilməlidir. İndi Paşinyanın get-gəlləri isə məsələnin həll deyil. O ermənisayağı formada qarşısına qoyulan tələblərin icrasından yayınmağa can atır. Ya da elə bir addım atmaq istəyir ki, daxildə çox da onun üzərinə gəlməsinlər. - Sülhlə bağlı tərəfləri tələsdirənlərin məqsədi nədir? - Azərbaycan addım-addım öz məqsədlərinə çatır. Amma bütün bunlara baxmayaraq, sülhlə bağlı tez-tələsik qərar vermək doğru deyil. İndi iki ölkə arasında sabitlikdir, tərəflər arasında toqquşma yoxdur, qan tökülmür. Dünyada bu gün başqa probelemlər var. Azərbaycan özü Ermənistanla bu məsələni həll edəcək. 2025-ci ilin əvvəli və ya sonu sülh sazişinin imzalanacağı ehtimalı böyükdür. Burada faciəvi heç nə yoxdur. - Azərbaycanla Ermənistan arasında sülh razılaşması olmadan da regional kommunikasiya xəttlərinin və digər münasibətlərin qurulması ehtimalı varmı? - Bu mümkündür. Azərbaycanın əsas istəyi öz maraqlarının təmin olunması ilə bağlıdır. Ermənistandan Bakının istəyi Zəngəzur dəhlizinin açılmasıdır. Sərhədlərin dəqiqləşməsi isə uzun müddət davam edə bilər. Gürcüstanla Azərbaycan arasında sərhəd məsələsi hələ tam həll edilməyib. Rusiya ilə bu məsələ 10 ilə həll olundu. Ona görə də prosesi addım-addım irəliyə aparmaq lazımdır. Əslində Zəngəzur dəhlizinin açılması hər kəsə sərf edir. Hazırda Azərbaycan dəhlizin tikintisi ilə bağlı öz ərazisində vacib işləri yekunlaşdırır. 2025-ci ilin axırına kimi Azərbaycan öz sərhədinə qədər dəhlizin tikinti işlərini sona çatdıracaq. Geri qayıt |