Əsas Səhifə > Güney Press, Partiya > "Ölkəmizin yüksək səviyyədə təcrübəsi var"

"Ölkəmizin yüksək səviyyədə təcrübəsi var"


Dünən, 09:42
"Ölkəmizin yüksək səviyyədə təcrübəsi var"
"Cənab Prezident hər il mütəmadi olaraq idman ictimayyətinin nümayəndələri ilə görüşür. Hər görüşdə idmançılar, nümayəndələr, məşqçilər, idman xadimləri fəxri adlarla, mənzillərlə və digər mükafatlarla fərqlənirlər. Ölkə başçısı hər zaman dövlətin bu sahəyə olan diqqətini xüsusi olaraq qeyd edir. Onu da vurğulmaq lazımdır ki, Cənab İlham Əliyev nadir ölkə başçılarından biridir ki, həm də paralel olaraq Milli Olimpiya Komitəsinin Prezidentidir. O, olimpiya hərəkatına rəhbərlik edir. Bu bir rəmzi məna daşıyır və o həm də olimpiya hərəkatının məğzindən xəbər verir ki, onun əsas mənasında, ruhunuda sülhdür, qardaşlıqdır, tolerantlıqdır, mədəniyyətdir, sağlamlıqdır, idmandır".

Bunu Sonxeber.az-a deputat Vüqar İskəndərov danışıb.

O, açıqlamasında qeyd edib ki, Cənab Prezident idman ictimayyətinin nümayəndələri ilə görüşündə həm də Azərbaycan gəncinə, idmançılarımıza bir yol xəritəsi də təqdim etdi:

"Bütün bu məsələlər olimpiya hərəkatına ölkə başçımızın rəhbərliyi həm də Azərbaycan gəncinə, idmançısına, ümumiyyətlə insanların sağlam həyat tərzinə və ali insan dəyərlərinə verdiyi çox böyük dəyərdir, diqqətdir. Bu dəfə də Cənab Prezident öz çıxışında maraqlı məqamlara toxundu. Azərbaycan idmançılarının uğurlarından danışdı, 2024-cü ildə beynəlxalq yarışlarda 1700-dən artıq medalın ölkəmizə gətirilməsi, idmançılarımızın Paris Olimpiya Oyunlarında yüksək nəticə əldə etməsi Azərbaycanın idman ölkəsi olduğunun bariz nümunəsidir. Cənab Prezident, əsasən də, idmançılarımızın bütün gənclərə nümunə olduğunu qeyd etdi. Ölkə başçımız qeyd edir ki, idmana olan bu diqqət və qayğı hər il daha artacaq və hər zaman davam edəcək. Bu bir dövlət siyasətidir. Cənab prezident idman ictimayyətinin nümayəndələri ilə görüşündə həm də bir Azərbaycan gəncinə, idmançılarımıza bir yol xəritəsi də təqdim etdi. Ölkəmizdə keçirilən beynəlxalq yarışların, COP29-la bağlı olan məsələlər, idman infrastrukturnun ölkəmizdə yüksək səviyyədə olması, bölgələrdə olimpiya idman komplekslərinin tikintisi, işğaldan azad olunmuş ərazilərdə idman yarışlarının keçirilməsinin və orada yaşayacaq yeniyetmə gənclərimizin idmanla məşğul olması üçün şəraitin yaradılması prioritet məsələlərdən biridir. 2025-ci ildə ölkəmizdə təşkil olunacaq III MDB Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün hazırılıq işlərinin görülməsi, Gəncə şəhərində və digər bölgələrdə bu yarışın keçirilməsi, 7 mindən yuxarı idmançının ölkəmizə gəlməsi də ölkə başçımızın,xüsusiliklə, diqqətində olan bir məsələdir. Düşünürük ki, bu beynəlxalq yarışın da təşkilinə hər zaman olduğu kimi Azərbaycanda xüsusi maraq göstəriləcək. Ölkəmizin yüksək səviyyədə təcrübəsi var. Biz ölkəmizdə təşkil olunan bütün beynəlxalq (mədəniyyət, idman, siyasi, ekoloji) tədbirləri təşkilinə görə dünyaya nümunəyik. Bu bizim həm də, həmin sahədə olan təcrübəmizin, ölkə rəhbərliyinin diqqətinin, peşəkar komanda formalaşmasının bariz nümunəsidir. Cənab Prezidentin idman ictimayyətinin nümayəndələri ilə görüşündə qeyd etdiyi məsələlər Azərbaycan gəncinin gələcəyinə və idmanımızın inkişafına hesablanır. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, tanınacaq. Bu sahə siyasətin tərkib hissəsidir və düşünürük ki, idmançılarımız da ölkə başçısının onlara onlara olan bu diqqət və qayğısına özlərinin həm davranışları ilə, həm həyat tərzləri ilə, həm də beynəlxalq yarışdakı nəticələri ilə adekvat şəkildə öz medalları ilə, bayramğızı şərəflə dalğalandırmaqları ilə cavab verəcəklər".

Geri qayıt