Əsas Səhifə > Güney Press > Faciə qurbanları Tərtərdə yad edildi
Faciə qurbanları Tərtərdə yad edildiDünən, 13:01 |
“Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 26 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasında matəm elan edilib. Matəm günü ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi Tərtər rayonunda da Azərbaycanın Dövlət Bayrağı endirilib, keçirilməsi nəzərdə tutulan kütləvi tədbirlər təxirə salınıb, saat 12:00-da təyyarə qəzasında həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunub. Sükut dəqiqəsi zamanı nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib. "DİA-AZ" Geri qayıt |