Əsas Səhifə > Güney Press > Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI

Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI


26-12-2024, 16:53
Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI
Aktauda baş vermiş təyyarə qəzasında həlak olanların xatirəsi baş ofisi İstanbulda yerləşən “Palmali Holding”də bir dəqiqəlik sükutla yad edildi.
Gununsesi.info xəbər verir ki, matəm günü münasibətilə “Palmali” İdarə Heyətinin Sədri Mübariz Mənsimovun təlimatı ilə holdingin girişində yerləşən dövlət bayrağı və digər bayraqlar yarıyadək endirilib.

Həmçinin çoxmillətli “Palmali” kollektivi faciədə həyatını itirmiş insanların xatirəsini ehtiramla yad etmək üçün bir araya gəlib.
“Palmali Holding”in İdarə Heyətinin Sədri başda olmaqla, şirkətdə çalışan və müxtəlif millətləri təmsil edən təxminən 100 əməkdaş həlak olanları yad etdilər və ölənlərin ruhuna dualar oxundu.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan itkisi yaşanmışdır.
Bununla əlaqədar olaraq, dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Təyyarə qəzasında həlak olmuş insanlara Allahdan rəhmət, yaralılara isə tezliklə şəfa diləyirik.

Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI

Geri qayıt