Əsas Səhifə > Güney Press > Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər...
Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər...26-12-2024, 17:29 |
"On il bundan öncə, ölkədə startap hərəkatına yeni başladığımız dövrdə biz "Startap Türkiyə" beynəlxalq forumunda iştirak üçün Antalyaya uçmalı olduq. Tələsik olduğundan, uçuşumuz çox da uyğunsuz bir reys idi: Bakı-İstanbul-Ankara-Antalya". Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün feysbuk hesabında yazıb. "Biz Antalya üzərində, göydə dəhşətli qasırğaya və tufana düşdük. Fevral-mart ayları olardı. Təyyarə tam olaraq idarəetmədən çıxmışdı. İlk dəfə gördüm ki, təyyarə göydə idarə edilməyə bilərmiş. Dənizdə gəmi tufanda dalğalar üzərində necə veziyyətdə olurdusa, təyyarəmiz də həmin vəziyyətdəydi. Təsəvvür edin ildırım çaxanda təyyarəni onlarla metr kənara atırdı. Pilotlarımız 3-4 dəfə cəhd etdilər, amma təyyarəni endirə bilmədilər. Təyyarə salonundakı vəziyyəti izah etmək indi çox çətindir, düzü hamı ölümü göz altına almışdı. Bir neçə dəfə ölümün bir addımlığında olduğuma rəğmən bir anlıq düşünmüşdüm ki, bu nə şərəfsiz ölüm oldu. O zaman mən də arzulamışdım ki, bəlkə nəsə ola, heç olmasa dənizə düşəydi. Necə deyərlər, göydə olanda adamın ağlına min cür şeylər gəlir. Nəsə, pilotlar vuruşdular, hər dəfə "eniriz, eniriz" desələr də tufan və qasırğa, ildırım, şimşək təyyarəni vurub atırdı kənara və onlar təyyarəni endirə bilmədilər. İlk dəfə gördüm ki, enməyə cəhd edən təyyarənin enə bilmədikdə yenidən sürət yığması, hündürlük götürməsi dəhşətli şeymiş. Təyyarə havada sadəcə asılıb qalır. Beləliklə, güman ki, təyyarəmizin yanacağı qurtaqmaq üzrə ola biləcəyindən, pilot da, necə deyərlər, təbiətlə vuruşmaqdan yorulub, bizi hardasa Qara dəniz sahilində, zülmət içərisində, sel-tufan içərisində olan bir kənd aeroportuna güclə endirdə bildi. Xilasedicilər tökülüşdülər və biz ölümdən qurtulduq. Bir neçə saat sonra isə yenidən təyyarəyə minməyə qorxanlar avtobusla, digərlərimiz də elə həmin təyyarə ilə aydın bir səmada Antalyaya endik. Baxdıq ki, bütün şəhər qasırğadan dağılıb. Tədbir zamanı eşitdik ki, Türk TV-ləri həmin pilotun qəhrəmanlığından danışırmışlar. Belə. Bəzən həyat seçim verir, bəzən də vermir. Unutmayacağım bir hadisə olub", - deyə O.Gündüz qeyd edib. Geri qayıt |