Əsas Səhifə > Güney Press > "Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır"

"Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır"


Dünən, 11:41
"Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır"
“Cinayətlər iki cür baş verir: ehtiyatsızlıqdan və bilərəkdən. Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır. Rusiyanın təyyarə qəzasında məsuliyyət daşıdığı halda məsələni uzatması prosesin daha da çirkinləşməsinə səbəb olur. Ona görə də Rusiya tərəfi bu qədər uzatmağına gərək görmədən, rəsmi şəkildə üzr istəyib, təzminat ödəməlidir. Üstəlik, hadisədə günahkar olan şəxslərlə bağlı cinayət işi açılmalı idi”.

Bunu Moderator.az-a açıqlamasında hərbi ekspert Səxavət Məmməd deyib.

Hərbi ekspert xatırladıb ki, Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə Rusiya ərazisinə keçib, Qazaxıstana məcburi eniş üçün yönlənib və yerə çırpılıb:

“Təyyarənin bu trayektoriyası onu deməyə əsas verir ki, Rusiya ərazisində ciddi problemlər baş verib. Hadisəyə əsasən təhlil edilərək görünür ki, Rusiya tərəfi məsuliyyəti üzərinə götürüb üzr istəməli idi. Hadisə ilə bağlı Azərbaycan ictimaiyyətinin narazılğına baxmayaraq Rusiya məsuliyyəti öz üzərinə götürmür, hətta məsələyə münasibət bildirməkdən imtina edir. Məsələn, Naxçıvanda vurulan Rusiya təyyarəsində həlak olan rus pilotlara görə Azərbaycan tərəfi dərhal üzr istəmiş və təzminat məsələsini həll etmişdi. Oxşar şəkildə, Türkiyə Rusiya təyyarəsini vurduqdan sonra diplomatik kanallarla müsbət addımlar atmışdır. Hətta Iran Ukrayna təyyarəsini bilməyərəkdən vurduqdan sonra başlanğıcda sözündən yayınsa da, daha sonra üzr istəyərək problemi yumşaq yolla həll etmiştir. Bu kimi hadisələrə dünya praktikasında rast gəlinir. Hər zaman hava hücumundan müdafiə sistemləri mülki təyyarələr üçün potensial təhlükə yarada bilər. Təəssüf ki, bu cür qəzalar nə ilk, nə son olmayacaq. Amma Rusiya tərəfi bu hadisəni görməzdən gəlir və bu məsələnin üzərinə heç yaxın gəlmək istəmir”.

Eskpert hesab edir ki, təyyarənin bilərəkdən vurulması inandırıcı gəlmir:

“Ən zəif hava hücumundan müdafiə sistemləri belə bir mülki təyyarəni vurarsa, o təyyarənin yerə düşmək şansı ,heç havada dövr etmək şansı ola bilməz, dərhal təyyarə parçalanıb yerə tökülər. Çox güman ki, təyyarə qəzası Çeçenistan üzərində dronlara müdaxilə zamanı baş verib. Təyyarədə nasazlıq yaranıb və bu da faciəyə səbəb olub. Bundan əlavə, bölgədə radioelektron mübarizə vasitələri daim işlək vəziyyətdədir. Hətta o qədər SAHM-lərin (sistemlərin) sayı çoxdur ki, orada ciddi radiasiyalar da var. Lakin hava məkanında dronların olmasına baxmayaraq Rusiya tərəfi xəbərdarlıq etmədi. Digər bir məsələ ondan ibarətdir ki, təhlükənin olduğuna dair informasiya ümumiyyətlə AZAL-a gəlibmi, gəlməyibmi? Bu sualların hamısının cavabını tapmaq lazımdır. Təyyarənin düşməsi ilə bağlı bəzi səs yazılar yayıldı və bəzi fikirlər səsləndirildi. Məlum oldu ki, təyyarə Qroznıya enə bilməyəcək. Bu halda yaxınlıqdakı digər aeroportlara eniş üçün icazə verilməməsi də çox ciddi sual işarəsidir. Belə bir vəziyyətdə niyə belə bir alternativ nəzərdə tutulmayıb? Bu sualın cavabı hələ də açıqlanmayıb. İndiki mərhələdə Azərbaycan ictimaiyyətinin bu məsələyə mövqeyi doğru və düzgün yanaşmadır. Təyyarə qəzası Azərbaycan-Rusiya münasibətləri baxımından iki ölkə arasında gərginliyə gətirib çıxara bilər”.

Geri qayıt