Əsas Səhifə > Güney Press > Suriyanın yeni ordusuna türk briqada generalı təyin edilib
Suriyanın yeni ordusuna türk briqada generalı təyin edilib1-01-2025, 08:14 |
Suriyada yeni hökumət peşəkar nizami ordu yaratmaq üçün qollarını çırmalayıb. Türkiyə vətəndaşı Ömer Muhammed Çiftçi də orduda briqada generalı kimi xidmət edəcək. Sherg.az xəbər verir ki, Yeni administrasiya bəzi döyüşçüləri, o cümlədən uyğur, İordaniya və Türkiyə vətəndaşlarını silahlı qüvvələrə təyin edib. Suriya hərbi mənbəsi və HTS mənbəsinin məlumatına görə, Türkiyə vətəndaşı Ömər Məhəmməd Çiftçi və İordaniya vətəndaşı Əbdül Rəhman Hüseyn əl-Xatib briqada generalı təyin edilib. Mənbələr Müdafiə Nazirliyinin bazar günü elan etdiyi təxminən 50 zabit təyinatından ən azı altısının xarici ölkə vətəndaşları olduğunu bildirir. Geri qayıt |