Əsas Səhifə > Güney Press > 2024-cü ildə hansı ölkə xoşbəxt olub?
2024-cü ildə hansı ölkə xoşbəxt olub?6-01-2025, 12:27 |
Dünyada ölkələr bir sıra xüsusiyyətlərinə görə ayrılır. Məsələn, bu xüsusiyyətlərdən biri də “xoşbəxtlik”dir. Bəli, məhz xoşbəxtlik. Belə ki, rifah, gəlir, sağlamlıq, təhsil, azadlıq, bir sözlə, bütün tərəfləri ilə mükəmməl olan, insanları daha azad yaşayan ölkələr xoşbəxt ölkələr hesab olunur. Geridə qoyduğumuz 2024-cü ildə də bir sıra ölkələr bu “Xoşbəxt ölkə” siyahısına daxil ola bildi. Məsələn, buraya misal olaraq İslandiyanı, Danimarkanı qeyd edə bilərik ki, bu ölkələr də xoşbəxtlik kriteriyalarına sahib ola biliblər. Bəs 2024-cü ilin ən xoşbəxt ölkəsi hansı ölkə seçilib? Gununsesi.info xəbər verir ki, sözügedən xoşbəxt ölkə Finlandiyadır. Bildiririk ki, dünyanın ən xoşbəxt ölkələrini sıralayan ilk “Dünya Xoşbəxtlik Hesabatı”nın 2012-ci ildə dərc edilməsindən 12 il vaxt keçir. BMT hər il dünyanın ən “xoşbəxt” ölkələrini, yəni, insanların başqa yerlərə nisbətən öz həyatlarından daha çox razı, daha xoşbəxt, daha rahat olduğu yerləri sıralayır. Finlandiyanı bu siyahılarda xüsusi edən bir səbəb də onun yeddi il dalbadal dünyanın ən xoşbəxt ölkələri siyahısında birinci yerdə olmasıdır. İllərlə siyahıda yerini qoruyan bu ölkə, doğrudan da, bütün tərəflərinə görə seçilir. Məsələn, bu gün dünya təhsilində ən əsas yerlərdən birini “Finlandiya modeli” tutur. O cümlədən səhiyyəsi, siyasi vəziyyəti, insanların yaşam şəraiti və.s. Gununsesi.info Geri qayıt |