Əsas Səhifə > Güney Press > Azərbaycanda bir sıra büdcə təşkilatlarında əməkhaqları artırılıb
Azərbaycanda bir sıra büdcə təşkilatlarında əməkhaqları artırılıb7-01-2025, 16:03 |
Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb. "DİA-AZ" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla dövlət büdcəsindən maliyyələşən aşağıdakı təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları bu ilin yanvarın 1-dən orta hesabla 15 % artırılıb: - Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı; - Heydər Əliyev Mərkəzi; - “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi; - Azərbaycanda Atatürk Mərkəzi; - Dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri; - Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu; - Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu; - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi; - Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı; - Maliyyə Nazirliyi yanında Maliyyə Elm -Tədris Mərkəzi; - Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi -Metodiki və İxtisasartırma Mərkəzi; - Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu; - Mədəniyyət Nazirliyinin tabeliyində Quba şəhərində “Soyqırımı memorial kompleksi”; - Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı; - Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi; - Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi; - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu; - icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqlar. Nazirlər Kabineti yuxarıda adları qeyd olunan qurumlarda çalışan rəhbər və digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərini təsdiq etmək tapşırılıb. Geri qayıt |