Əsas Səhifə > Güney Press > Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli

Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli


Bu gün, 13:04
Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli
Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, yanvarın 8-də səhər saatlarında Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi məktəbdənkənar ərazidə 11-ci sinif şagirdinə qarşı aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib:

"Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir".

Məlumata görə, məktəblinin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir:

"Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır".

Həmçinin qeyd edilib ki, məktəb yoldaşına xəsarət yetirən şagird bundan öncə də təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun olmayan davranışlar edib, məktəb rəhbərliyi və psixoloq tərəfindən həm şagirdlə, həm də ailəsi ilə mütəmadi olaraq profilaktiki söhbətlər aparılıb:

"Sözügedən son hadisədən sonra valideynin müraciəti və müvafiq ərizəsinə məktəbin pedaqoji şurasında baxılıb və şagird məktəb-şagird kontingentindən lauzaqlaşdırılıb.

Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq vətəndaşların icbari ümumi orta təhsil almaq hüququ təmin olunur.

Geri qayıt