Əsas Səhifə > Güney Press > Bu halda işçilərin əmək hüquqları pozulur...
Bu halda işçilərin əmək hüquqları pozulur...Bu gün, 08:38 |
Bu mövzu da əmək münasibətlərində işçilər üçün çox maraqlı, vacib və bir çox hallarda isə əmək mübahisəsi yaradan mövzulardan biridir. Bu barədə də Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına çoxlu müraciətlər daxil olur. Bu barədə olan hüquqlarını bilməməsi, bir çox hallarda işəgötürənlər tərəfindən işçi və ya işçilərin əmək hüquqlarının pozulması ilə nəticələnir. Bir çox müəssisələrdə: AR Əmək Məcəlləsini bilməyən, onu düzgün başa düşməyən və ya sadəcə olaraq onu saymayan işəgötürən və ya onların kadr, mühasib və hüquqşünasları tərəfindən işçinin Əmək müqaviləsinfı əmək haqqından tutulma barədə qanuna zidd şərt və ya tələblər yazılır, işçinin öhdəliyi kimi. Məsələn, ödənilmiş əmək haqqı, əlavə və mükafatın Əmək Məcəlləsinə zidd olaraq geri qaytarılması barədə. Bu əsasdan da hər bir işçi əmək haqqından tutulmalar və hansı qaydada, hallarda və ya məbləğlərdə olan tutulmalar barədə minimum səviyyədə hüquqlarını bilməlidir: 1. İlk olaraq onu bildirirəm ki, işçi ilə Əmək müqaviləsi bağlanarkən, həmçinin onunla əmək münasibətlərinə xitam verilənədək AR Əmək Məcəlləsi ilə işçilər üçün müəyyən edilmiş hüquq və ya təminatların səviyyəsi azaldıla bilməz. 2. Bu əsasdan işçilərlə bağlanmış Əmək müqaviləsi, əlavə və ya dəyişikliklərdə belə, tərəflərin razılaşdığı şərtlər Əmək Məcəlləsi ilə işçilər üçün müəyyən edilmiş hüquq və ya təminatların səviyyəsi azaldılmaqla həyata keçirilə bilməz, əgər keçirilərsə və hətta işçilər bu şərtlərə imza etsələr belə bu şərt və öhdəliklərin heç hüquqi əsası yoxdur. 3.Əmək haqqından tutulan məbləğlər, Əmək Məcəlləsi ilə müəyyən edilən hallar istisna olmaqla, yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. 4. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: Qanunvericiliklə müəyyən edilmiş: müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr, icra sənədləri ilə müəyyən edilmiş məbləğ. Tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla, işəgötürənə işçinin təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği. Müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu. Xidməti ezamiyyətə göndərilən işçiyə avans kimi verilmiş ezamiyyə xərcinin qayıtdıqdan sonra artıq qalmış borc məbləği. Mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyat nəticəsində artıq verilmiş məbləğlər. Təsərrüfat ehtiyaclarından ötrü mal, əmtəə alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği. 5. İşəgötürən: avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və səhv riyazi hesablama nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən - yalnız bir ay müddətində məbləğlərin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər və ya pul tutula bilməz. 6. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. 7. Hesabda səhvə yol verilmiş hallar istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz. 8. İşçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əmək haqqının müvafiq hissəsi -kommunal xərclərin, bankdan aldığı ssuda, kredit və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları onun əmək haqqından tutula bilməz. Azər Quliyev Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının Eksperti - "DİA-AZ" (dia-az.online) Geri qayıt |