Əsas Səhifə > Güney Press > Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq

Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq


13-01-2025, 16:12
Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq
Konstitusiya Məhkəməsi tərəfindən 2025-ci ildə dərc olunacaq qəzet və jurnalların satın alınması ilə bağlı tender müsabiqəsi (Açıq tender) elan olunub.
Yeniavaz.com xəbər verir ki, fevral ayının 2-nə kimi davam edəcək müsabiqənin yekununda Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq.
Maraqlıdır ki, Konstitusiya Məhkəməsinin almaq istədiyi qəzet və jurnallar arasında Azərbaycan və Rusiya KİV-dən başqa heç bir ölkənin mətbu nəşri yoxdur. Konstitusiya Məhkəməsinin satın almaq istədiyi nəşrlərin 9-u yerli KİV, 4-ü isə Rusiya KİV-dir.

Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq

Məlumat üçün onu da bildirək ki, Müdafiə Nazirliyinin də 2023-cü ildə satın alacağı qəzet və jurnallar arasında Azərbaycan və Rusiya KİV-dən başqa heç bir ölkənin mətbu nəşri olmayıb. Nazirliyin 2023-cü ildə satın almaq istədiyi nəşrlərin 14-ü yerli, 20-si isə Rusiya KİV-in məhsulları olub. Bu barədə ilk dəfə Yeniavaz.com məlumat yayıb. Bu məlumat yayıldıqdan sonra (növbəti ildə) Müdafiə Nazirliyi Rusiya qəzet və jurnallarını almaqdan imtina edib.

Geri qayıt