Əsas Səhifə > Güney Press > Almaniya ilk dəfə Ukraynaya özüyeriyən artilleriya qurğusunu təhvil verib
Almaniya ilk dəfə Ukraynaya özüyeriyən artilleriya qurğusunu təhvil verib13-01-2025, 16:48 |
Almaniya Ukraynaya ilk “RCH 155” tipli özüyeriyən artilleriya qurğusunu təhvil verib. “Report” xəbər verir ki, “Welt” telekanalının yayımladığı mərasim bu döyüş sistemlərini istehsal edən KNDS müdafiə konserninin yerləşdiyi Kasseldə keçirilib. “Bu, Ukraynanın bizə arxalana biləcəyinə işarədir”, - Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib. Ümumilikdə Almaniya hökuməti Ukraynaya 54 belə özüyeriyən artilleriya qurğusunu təhvil verməyi planlaşdırır. İlk altı qurğu hələlik Almaniyada qalacaq, Ukrayna hərbçiləri onlarda təlim keçəcəklər. Geri qayıt |