Əsas Səhifə > Güney Press > Paşinyan Aİ Prezidenti ilə İrəvan və Bakı arasında normallaşmanı
Paşinyan Aİ Prezidenti ilə İrəvan və Bakı arasında normallaşmanı13-01-2025, 17:07 |
Ermənistan baş naziri Nikol Paşinyan Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta ilə telefon danışığı aparıb. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə hökumətin bəyanatında bildirilib. Baş nazir A.Koştanı yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik edib və Avropa İttifaqı Şurasının Prezidentini Ermənistan-Azərbaycan sülh prosesinin hazırkı vəziyyəti barədə məlumatlandırıb. N.Paşinyan Ermənistan-Aİ əməkdaşlığının hazırkı vəziyyətindən məmnunluğunu ifadə edib. Tərəflər gələcəkdə münasib vaxtlarda dialoqu davam etdirməyi razılaşıblar. Geri qayıt |