Əsas Səhifə > Güney Press > "Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki...

"Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki...


Dünən, 12:33
"Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki...
2024-cü ilin sonunda maraqlı statistik rəqəmlər açıqlanıb. İl ərzində Bakıda avtobusla 432 milyion sərnişin daşınıb. Bu, 2023-cü illə müqayisədə 26 milyon çoxdur. Ölkə üzrə dəmir yolu nəqliyyatı vasitəsilə 8 milyon sərnişin daşınıb. Avtobusla 1,2 milyon nəfər, metro ilə 750-800 min nəfər, elektrik qatarı - 37 min nəfər daşınıb. Nağdsız marşrutlar üzrə 333 300 000 sərnişin daşınma qeydə alınıb. Yəni bu da o deməkdir ki, əhali artıq ictimai nəqliyyata üstünlük verməyə başlayıb.

Nəqliyyat sistemimizin daha ideal olması üçün hansı işlər görülməlidir?
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, nəqliyyat sistemində hazırda ciddi problemlərdən biri naviqasiya problemidir.

“Tətbiqlər elan olunub, amma onların tam işləkliyi hələ də təmin olunmayıb. Dayanacaqdan söhbət gedirsə, biz hazırda hardayıq, həmin dayanacaqdan bu dəqiqə və yaxud bir neçə dəqiqədən sonra hansı marşrutlar keçəcək, o marşrutların hərəkət trayektoriyası, bir nöqtədən digər nöqtəyə getmək üçün neçə marşrut və yaxud hansı növlərdən istifadə edilməlidir, hansı müddətə neçə manata gedə bilərik. Bunu öncədən planlaşdırmaq üçün bu gün fürsətlər yoxdur. Fiziki olaraq hər dayanacaqda onların vurulmasına ehtiyac var. Bu da ilkin olaraq bəzilərində var. Amma şəhərdə hələ ki, yoxdur. Bu vəziyyət əlavə diskomfort yaradır”-deyən Rauf Ağamirzəyev qeyd edib ki, ilkin olaraq başladığımız işləri tamamlamalıyıq ki, insanlar ictimai nəqliyyata daha çox meyl etsin.

Ekspertin fikrincə, keçən il statistikalar şəhər nəqliyyatında ən çox paya sahib nəqliyyatın avtobus olduğunu göstərdi.

“İl ərzində 42 milyon sərnişin avtobusla səfər edib. Bu artımlar anlaşılandır. Daha çox sərnişin daşımaq və mövcud sərnişin yükünü parçalamaq üçün ciddi işlər görülməlidir ki, insanlar daha təhlükəsiz və daha rahat ictimai nəqliyyata yönəlsin. Həmçinin, şəhərin giriş nöqtələrində “park and drive” və “səfərini ictimai nəqliyyatla təşkil et” kimi həllər tətbiq olunmalıdır. Bunun ilkin variantı Koroğlu metro stansiyasının yanındakı çıxışda təşkil etdilər. Bunun ardı gəlməlidir. Həm Lökbatan dairəsi yaxınlığında olan nəqliyyat mübadilə mərkəzində, həm Avtovağzalda, həm də Dərnəgüldə bu növ yeniliklər tətbiq olunmalıdır ki, insanlar şəhərin mərkəzinə getmək üçün avtomobil əvəzinə ictimai nəqliyyatı seçsinlər”-deyə Rauf Ağamirzəyev əlavə edib.

Nəqliyyat məsələləri üzrə ekspert hesab edir ki, ayrılmış avtobus zolaqlarına da sərt nəzarət olunmalıdır: “Digər şəhərlərin nümunəsindən öncə etdiyimiz bütün islahatların tamamlığını təmin etmək lazımdır. Bir cədvəl kimi baxsaq, hansı işi görmüşük və hansı mərhələdədir. Yəni bir mərhələni tamamlayıb digər mərhələyə keçmək lazımdır ki, islahat daha effektiv nəticə versin”.

Geri qayıt