Əsas Səhifə > Güney Press > Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir
Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edirBu gün, 10:48 |
Yanvarın 17-də Azərbaycan və Gürcüstan arasında dostluq və qardaşlır əlaqələrinin möhkəmlənməsi və inkişafinda növbəti addım atılıb. Həmin gün Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Məlimdur ki, Azərbaycan və gürcü xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin qədim tarixi vardır. Xalqlarımız hər zaman bu əlaqələri qoruyub saxlayıb və inkişaf etdiriblər. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra da münasibətlər inkişaf etməkdə davam edib. Bu münasibətlərin möhkəmlənməsində hər iki dövlətin rəhbərlərinin böyük rolu vardır. Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri çərçivəsində Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sədrliyi ilə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirilib və dörd mühüm sənəd imzalanıb. Ölkəmizin başçısı İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata birgə bəyanatında səfərin əhəmiyyətini xüsusi vurğulayıb. Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra Gürcüstan baş nazirinin ilk xarici səfərinin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə İrakli Kobaxidzeni təbrik edib və bu səfərin Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verdiyini qeyd edib. Bildirilib ki, Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıblar. Bu ənənələr bu gün də yaşayır, bütün istiqamətlər üzrə uğurla inkişaf edir və bütün qonşular üçün nümunə ola bilər. Bəyanat zamanı energetika sahəsində iki ölkə arasındakı əməkdaşlığın həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıdığı bildirilib. Dövlətimizin başçısı qeyd edib: “Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir”. Azərbaycan və Gürcüstan arasında ticarət-iqtisadi əməkdaşlığa ənənəvi olaraq böyük əhəmiyyət verilir, bu əlaqələrin genişlənməsi istiqamətində daimi işlər aparılır. İnvestisayalar sahəsində əməkdaşlıq yaxşı dinamika mövcuddur. Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və Azərbaycanın Gürcüstana ən çox sərmayə yatıran ölkədir və ölkəmiz Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. İki ölkə arasında neft-qaz sahəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. SOCAR tərəfindən Gürcüstanda böyük layihələr həyata keçirilir, yeni layihələr hazırlanır. Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi meqalayihələr regional əməkdaşlıqğın uğurlu nümunəsi olaraq qalmaqdadır. Bu layihələr Cənubi Qafqazın transformasiyasına xidmət etir və bölgənin enerji və nəqliyyat xəritəsini dəyişdirib. Çox böyük əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında hər iki ölkənin önəmli rolu olub. Eyni zamanda, Azərbaycan və Gürcüstanın iştirakı ilə Avropaya yaşıl enerji körpüsü salınmağa başlanılıb. Bu gün nəqliyyat-tranzit sahəsi ikitərəfli əməkdaşlığın ən vacib istiqamətlərindən biridir. Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işə salınması üçün birgə səylər artmaqdadır. Azərbaycanın əlavə sərmayəsi və Gürcüstan tərəfinin səyləri nəticəsində bu yolun yükaşırma qabiliyyəti 1 milyon tondan 5 milyon tonadək artırılıb. Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir və ildən-ilə bu ixrac artır. Keçən il bu, 25 milyard kubmetr olmuşdur. Bu gün Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Birgə bəyanat zamanı Gürcüstanın Baş naziri İrakli Kobaxidze partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbriklərinə görə Prezident İlham Əliyevə təşəkkür edib. Partiyasının qələbəsinin bölgəmizdə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, ölkələrimizin münasibətləri baxımından əhəmiyyətli olduğunu vurğulayan Baş nazir qeyd edib: “Bu, müstəsna əhəmiyyətə malikdir. Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur”. Baş nazir həmçinin qeyd edib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin iqtisadi aspekti də çox vacibdir. “Çox vacibdir ki, belə layihələr davamlı olsun və yeni layihələr müəyyən edilsin. Artıq qeyd etdiyim kimi, Azərbaycan Respublikası bizim üçün təkcə dəyərli dost deyil, Azərbaycan bizim üçün etibarlı tərəfdaş və qardaş ölkədir. Bu bağların dərinləşdirilməsi bizim marağımızdadır və biz bu münasibətlərə böyük əhəmiyyət veririk”, - deyə Baş nazir vurğulayıb. Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası "DİA-AZ" Geri qayıt |