Əsas Səhifə > Güney Press > Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb
Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıbBu gün, 11:00 |
Təyyarə qəzasında həlak olan, Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atasına qarşı kibercinayətkarlıqla bağlı cinayət işi açılıb. Bu barədə “DİA-AZ”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb. Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək. Geri qayıt |