Əsas Səhifə > Güney Press > Roşka yenidən həbs edildi

Roşka yenidən həbs edildi


Dünən, 12:05
Roşka yenidən həbs edildi
Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, qeyri-etik paylaşımlar etdiklərinə görə həbs olunan tiktokerlərdən artıq azadlığa buraxılanlar var.

"DİA-AZ" Oxu.az-a istinadən xəbər verir ki, "Sako" ləqəbli Sadiq İsmayılov və "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadə həbs müddətləri bitdiyi üçün sərbəst buraxılıblar.

Xatırladaq ki, Rövşən Süleymanzadədən narkotik vasitə olan marixuana aşkarlandığı üçün 45 sutka inzibati qaydada həbs edilmişdi. Sadiq İsmayılov da eyni ittihamla 60 sutka inzibati qaydada həbs olunmuşdu.

***

“Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov yenidən həbs edilib.

lent.az-ın əldə etdiyi məlumata görə, o, canlı yayınlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Geri qayıt