Əsas Səhifə > Güney Press, Partiya > Baş həkim İlyas İsmayılovun səhhətindən danışdı
Baş həkim İlyas İsmayılovun səhhətindən danışdıDünən, 00:07 |
İlyas İsmayılovun müalicəsi Mərkəzi Klinikanın reanimasiya şöbəsində davam edir. Onun səhhətində hər hansı dəyişiklik yoxdur. "DİA-AZ" xəbər verir ki, bu sözləri Teleqraf.com-a Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev deyib. Qeyd edək ki, insult keçirən sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılov bir aydan artıqdır Mərkəzi Klinikada müalicə alır. O, 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub. İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir. Geri qayıt |