Əsas Səhifə > Güney Press > Lukaşenko Belarusda keçirilən seçkilərdə
Lukaşenko Belarusda keçirilən seçkilərdə27-01-2025, 08:33 |
İlkin məlumatlara görə, Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko 86,82% səslə prezident seçkilərində qalib gəlir. APA xəbər ki, bu barədə Respublika Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko mətbuat konfransında bildirib. 2020-ci il prezident seçkilərində Lukaşenko 80,10% səs toplayıb. Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç 2,02%, sahibkar Anna Kanopatskaya - 1,86%, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov - 3,21%, Respublika Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijyak - səslərin 1.74 faizini toplayıb. Seçicilərin 3,6%-i isə bütün namizədlərin əleyhinə səs verib. Mərkəzi Seçki Komissiyası yekun məlumatları fevralın 3-də açıqlayacaq. Geri qayıt |