Əsas Səhifə > Güney Press > Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib
Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib27-01-2025, 15:37 |
Gürcüstanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib. "Report"un Avropa bürosunun xəbərinə görə, AŞPA-nın bu gün işə başlayan qış sessiyası zamanı 30-dan artıq ölkənin dəstəyi ilə Gürcüstanın nümayəndə heyətinin səlahiyyətlərinə yenidən baxılması üçün iş aidiyyəti komissiyaya göndərilib. Komissiyanın qərarı 24 saat ərzində məlum olacaq. Qərar müsbət olduğu halda Gürcüstan nümayəndə heyəti AŞPA-nın sessiyalarında iştirak edə biləcək, lakin səsvermə hüququnu itirəcək. Geri qayıt |