Əsas Səhifə > Güney Press > 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir,
16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir,Dünən, 17:45 |
Yeniyetmə bir balaya təcili kömək lazımdır. 16 yaşlı Quluzadə Əjdər leykoz xəstəsidir (qan xərçəngi). Təcili ilikköçürmə əməliyyatı aparılmalıdır. Məlumdur ki, bu, bahalı əməliyyatdır. İcbari tibbi sığortaya da daxil deyil, təəssüf ki! Belə bahalı əməliyyatlara maddi imkanı çatacaq ailələr çox deyil. Quliyevlər ailəsinin də bu əməliyyata maddi imkanı çatmır. Əjdərin anası Təranə Quliyeva redaksiyamızla əlaqə saxlayaraq oğlunun vəziyyətini ictimailəşdirməyimizi xahiş etdi. Ana ümid edir ki, Əjdər üçün tez bir zamanda həm uyğun ilik tapılar, həm də əməliyyat üçün tələb olunan vəsait xeyirxah insanlar, humanitar qurumlar tərəfindən ianə edilər. Təranə xanım “Sherg.az”a bildirdi ki, oğlu Əjdərdə bu xəstəlik 2 il öncə aşkarlanıb: - Əjdərin 15 yaşı vardı, qəfil qrip oldu. O biri övladlarım da xəstələndilər, amma tez sağaldılar. Əjdər isə bacı-qardaşından ağır keçirdi xəstəliyi. 5 gün yataq xəstəsi oldu, kəskin şəkildə tərləyirdi, geyimi, yatağı su içində oyanırdı. Poliklinikaya müraicət etdik, müalicə təyin edildi. Sonra Əjdərin boğazında limfa vəzi şişməyə başladı. Uşaq get-gedə arıqlayırdı. 9-cu sinifdə oxuyurdu, hazırlıqlara gedirdi. İlk vaxtlar bunu oğlumun dərslərlə həddindən artıq yüklənməsiylə əlaqələndirirdik. Amma gördük ki, yox, uşaq getdikcə daha da zəifləyir. 2023-cü il, mart ayının sonlarında Hemetologiya İnstitutuna apardıq. Orada qan analizləri alındı və analizlərin nəticəsi qan xərçəngi olduğunu göstərdi. Əjdər uşaq şöbəsinə yerləşdirildi. Orada da götürülən analizlərin cavabı kəskin Limfa last xəstəliyini göstərdi. Oğlum 33 gün xəstəxanada yatdı. Müalicə təyin edildi, kimya terapiyası aldı. Xəstəliyində qayıdış olduğu üçün ağır qayıdış protokolu müalicəsinə başlandı. Ağır qayıdış protokoluna keçirildi. Sonra təkrar xəstəxanaya yerləşdirildi. Həkimlər bildirdi ki, əməliyyat olunmalıdır, ilik nəqli vacibdir. Qardaşı və bacısından analiz götürüldü, amma heç biri uyğun gəlmədi. Koordinasiya Şurası tərəfindən Əjdərin qan analizlərinin cavabı Türkiyəyə göndərildi, donor axtarışı üçün. Bir müddət sonra cavab gəldi ki, donor tapılıb. Əjdər yenidən reanimasiya şöbəsinə yerləşdirildi, 2 ay orada yatdı. Sonra məlum oldu ki, donor etiraz edib, əməliyyatdan. Hazırda yenə donor axtarışı aparılır. Donor tapılsa da, bizim ilik transplantasiyası əməliyyatı üçün maddi imkanımız yoxdur. Deyirlər, ən azı 100 min manat lazımdır. 40-50 min cərraha ödənir, 60 min isə ilik sahibinə. Maddi durumumuz çətin olduğu üçün gücümüz çatmır buna. Təranə xanım xahiş edir ki, Allah rizasi üçün övladına yardım edilsin. (Əlaqə nömrəsi: 070-300-39-96 ) Geri qayıt |