Əsas Səhifə > Güney Press > İrəvan Aİİ-dən çıxsa...
İrəvan Aİİ-dən çıxsa...Dünən, 17:19 |
Ermənistanın Aİİ-dən çıxacağı təqdirdə ixracı 80% azalacaq və itkiləri hətta ortamüddətli perspektivdə alternativ istiqamətlərlə əvəz etmək mümkün olmayacaq. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib. “Ermənistan tərəfinin rəsmi statistikasına görə, 2015-ci ildən Ermənistandan ixrac əsasən Rusiya istiqaməti hesabına 10 dəfə artıb. Həm də bunlar pay deyil, humanitar yardım deyil, erməni istehsalçılarının vicdanla qazandıqları pullardır”, - Zaxarova bildirib. Onun sözlərinə görə, erməni məhsulları daha yüksək rüsumlarla üzləşəcək, bütün bunlar ÜDM-in artım tempinin kəskin aşağı düşməsinə səbəb olacaq: “Hesab edirəm ki, bu, sadəcə olaraq, bu gün qazanc və gəlirə deyil, inkişafa zərbə olacaq. Əgər istehsalın miqyasından, Ermənistanın əhalisindən danışsaq, bu, sadəcə olaraq, tam yoxsullaşmaya gətirib çıxara bilər”. Geri qayıt |