Əsas Səhifə > Güney Press > İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır

İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır


Bu gün, 01:37
İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır
Ermənistan Azərbaycanla delimitasiya olunmuş sərhəd sahələrində Aİ-nin mülki missiyasını yerləşdirməməyə hazırdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Vaşinqtonda Atlantik Şurasının müzakirəsi zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"Azərbaycan deyir ki, üçüncü ölkələrin qüvvələri Ermənistan – Azərbaycan sərhədində yerləşdirilməməlidir və açıq şəkildə Aİ-nin mülki missiyasına işarə edir. Biz bunu nəzərə alırıq və onları delimitasiya olunmuş sərhəd sahələrində yerləşdirməməyi təklif edirik", – o qeyd edib.

Görüş zamanı Ermənistan – Azərbaycan münasibətlərinin nizamlanması prosesi, regional kommunikasiya yollarının açılması imkanları, həmçinin ABŞ ilə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Geri qayıt