Əsas Səhifə > Güney Press > Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama

Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama


Bu gün, 01:42
Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama
Azərbaycan Nəqliyyat Nazirliyi Qazaxıstanın AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin hesabatını şərh edib və hadisənin detalları böyük suallar doğurur.

Musavat.com xəbər verir ki, hesabata görə, təyyarə Rusiya hava məkanında olarkən GPS siqnallarını itirib.

Rəsmi açıqlamada bildirilib ki, Bakıdan qalxan təyyarə Qroznı hava limanına qədər tam uçuşa yararlı vəziyyətdə olub. Lakin Rusiya hava məkanında, o cümlədən Qroznı üzərində GPS siqnalları kəsilib.

Fəlakətə aparan kritik anlar:

- Təyyarə Qroznıya enməyə iki dəfə cəhd etsə də, əlverişsiz hava şəraiti səbəbindən mümkün olmayıb.
- Bakıya geri dönmək qərarı verildikdən sonra 24 saniyə arayla iki güclü xarici səs dalğası qeydə alınıb.
- Birinci zərbədən sonra idarəetmə sistemlərində nasazlıqlar baş verməyə başlayıb.

Qəzaya səbəb nə olub?

İlkin istintaq nəticələrində təyyarənin quşlarla toqquşmasına və ya bortdakı oksigen balonunun partlamasına dair heç bir dəlil tapılmayıb.
Təyyarənin müxtəlif hissələrində kənar obyektlərdən yaranmış çoxsaylı deşiklər və deformasiyalar aşkarlanıb.
Gövdədən çıxarılan “xarici obyektlər” ekspertizaya göndərilib.

Azərbaycan tərəfi vurğulayıb ki, ICAO-nun Çikaqo Konvensiyasına əsasən, ilkin hesabatdan sonra hadisənin tam araşdırılması üçün maksimum bir il müddətində yekun hesabat hazırlanmalıdır.

Hadisənin detallarının açıq-aşkar bir hücuma işarə etdiyi ehtimalları güclənir. Azərbaycanın qəza ilə bağlı beynəlxalq istintaqı davam etdirməsi gözlənilir.

Geri qayıt