Əsas Səhifə > Güney Press > Maskın işçiləri USAID-in məxfi otağına daxil olub
Maskın işçiləri USAID-in məxfi otağına daxil olubBu gün, 11:35 |
Amerikalı milyarder İlon Maskın rəhbəri olduğu Hökumətin Effektivliyi İdarəsinin (DOGE) əməkdaşları ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) konfidensial sənədlərin saxlanıldığı məxfi otağa daxil olublar. Trend xəbər verir ki, bu haqda “Bloomberg” agentliyi məlumat yayıb. “Hökumətin Effektivliyi İdarəsindən olan komanda bir neçə gün ərzində agentliyin vəzifəli şəxslərindən məlumat əldə etməyə çalışıb... İşçilər arasında qarşıdurmanın yaranmasından sonra DOGE əməkdaşlarından biri Maska zəng vurub, o isə öz növbəsində agentliyin mühafizə xidmətinin əməkdaşlarına bildirib ki, tabeliyində olan işçilərə agentliyin konfidensial məlumatlarının təqdim olunmayacağı təqdirdə əraziyə ABŞ Marşal Xidmətinin agentlərini göndərəcək”, - deyə nəşrin məlumatında deyilir. Hazırda axtarışın məqsədi və onun detalları barədə məlumat verilmir. Agentlik quruma daxil olan dörd şəxsin kimliyini müəyyən edib: Lük Farritor, Edvard Koristin, Ceremi Levin və Qevin Kliger. Onlar sosial şəbəkələrdəki profillərində İlon Maskın tərəfdarları olduqlarını, həmçinin, ABŞ Prezidenti Donald Tramp və onun komandasını dəstəklədiklərini bildiriblər. Geri qayıt |