Əsas Səhifə > Güney Press > Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım hazırlayır
Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım hazırlayır19-02-2025, 00:29 |
![]() Aİ ölkələri Kiyevin strateji mövqelərini gücləndirmək üçün Ukraynaya azı 6 milyard avro dəyərində hərbi yardım paketi hazırlayır. Bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, 6 milyard avroluq rəqəm “başlanğıc rəqəm” hesab olunur və bu məbləğ 10 milyard avroya qədər arta bilər. Məqalədə deyilir ki, Avropa ölkələri Ukraynaya nə göndərə və nəyi göndərə bilməyəcəklərini anlamaq üçün ilk növbədə öz ehtiyatlarını öyrənmək niyyətindədirlər. Geri qayıt |