Əsas Səhifə > Güney Press > Çoxnövbəli iş rejiminə görə əmək haqqı...
Çoxnövbəli iş rejiminə görə əmək haqqı...19-02-2025, 08:32 |
![]() Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi hansı qaydada həyata keçirilir? Azərbaycan Respublikası Əmək Məcəlləsinin 166-cı maddəsinə əsasən gecə vaxtı yerinə yetirilən iş,habelə çoxnövbəli iş rejiminəgörə əmək haqqı Nazirlər Kabinetinin 74 nömrəli qərarı ilə müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif maaşının - 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə saatlıq tarif maaşının-20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir. Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əlavə haqq yuxarıda qeyd edilən həddə, digər müəssisə, idarə və təşkilatlarda isə kollektiv müqavilələ vəəmək müqavilələrində nəzərdə tutulmaqla həmin həddən aşağı olmayaraq ödənilir. Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqı büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda büdcə vəsaitləri çərçivəsində,digərmüəssisə, və təşkilatlarda isə öz vəsaitləri hesabına ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 97-ci maddəsinin 1-ci bəndinə əsasən saat 22-dən səhər-saat 6-ya qədər olan müddət gecə vaxtı sayılır. Çoxnövbəli iş rejimi deyildikdə mülkiyyət və təşkilati - hüquqi formasından, və ya idarə tabeçiliyindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda gün ərzində iki və daha çox növbədə təşkil olunmuş, növbə müddəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu maddəsinə uyğun olaraq 40 saatlıq iş həftəsində (nahar fasiləsi nəzərə alınmadan) 8 saatdan çox olmayan iş rejimi başadüşülür. Bu halda işçilərin iş rejimi növbə cədvəlləri üzrə qurulur və adətən iş saatları həftələr üzrə bərabər bölüşdürülür. İş vaxtının ən azı yarısı gecə vaxtına (axşam. saat 22-dən səhər saat 6-ya qədər) düşən iş növbəsi gecən övbəsi hesab edilir. İş növbəsinin başlanma,qurtarma saatlarından asılı olmayaraq gecə növbəsindən əvvəlki iş növbəsi axşam növbəsi hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş əmək şəraitiağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşərsə, onda həmin iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır və həmin saatlar qanunvericiliklə müəyyən edilmiş iş vaxtı normasında tam nəzərə alınmaqla vaxta muzd əmək haqqı sistemi üzrə ödənilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil olunan digər iş rejimləri (iş gününün hissələrə bölünməsi və s.) çoxnövbəli və ya iki növbəli iş rejimlərinə aid edilmirlər. Belə iş rejimlərində çalışan işçilərə gecə vaxtına düşən iş vaxtının hər saatına görə saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq verilir. Azər Quliyev Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının Eksperti - "DİA-AZ" (dia-az.shop) Geri qayıt |