Əsas Səhifə > Güney Press > Azərbaycanda hərbçilər ən çox bu qəzetləri oxuyurlar

Azərbaycanda hərbçilər ən çox bu qəzetləri oxuyurlar


Dünən, 10:37
Azərbaycanda hərbçilər ən çox bu qəzetləri oxuyurlar
Azərbaycan Müdafiə Nazirliyi tərəfindən 2025-ci ildə dərc olunacaq qəzet və jurnalların satın alınması ilə bağlı keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi məlum olub.
Yeniavaz.com xəbər verir ki, qəzet və jurnalların alınması ilə bağlı keçirilən tender müsabiqəsinin qalibi “Səma Mətbuat Yayımı” MMC olub.
Qalib şirkət 2025-ci il ərzində Müdafiə Nazirliyinə 13 adda qəzet satacaq və qarşılığıda 157 min 920 manat 48 qəpik alacaq.
Müdafiə Nazirliyinin satın alacağı qəzetlərin adları və sayını təqdim edirik:
“Azərbaycan” qəzeti – 51 480 ədəd;
“Xalq” qəzeti – 51 792 ədəd;
“Respublika” qəzeti – 48 672 ədəd;
“Yeni Azərbaycan” qəzeti – 36 696 ədəd;
“Səs” qəzeti – 48 312 ədəd;
“Şərq qapısı” 26 400 ədəd;
“Kaspi” qəzeti – 192 ədəd;
“Şərq” qəzeti – 792 ədəd;
“525-ci qəzet” – 792 ədəd;
“Bakı Xəbər” – 792 ədəd;
“Hərbi And” qəzeti – 12 096 ədəd;
“Olaylar” qəzeti – 192 ədəd;
“İki sahil” qəzeti – 792 ədəd.

Geri qayıt