Əsas Səhifə > Güney Press > Qara dənizdə "Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşub

Qara dənizdə "Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşub


Dünən, 16:20
Qara dənizdə "Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşub
Qara dənizdə iki gəmi toqquşub.

APA Rusiya mediasına istinadən xəbər verir ki, Novorossiyk limanında fırtına zamanı “Natiq Əliyev” tankeri “Beqoniya” yük gəmisi ilə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. “Beqoniya” yük gəmisinə yüngül ziyan dəyib, ətraf mühitə zərər dəyməyib.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) "APA-Economics"ə bildirilib ki, “Natiq Əliyev” tankeri ASCO-ya məxsus deyil.

Geri qayıt