Əsas Səhifə > Güney Press > Azərbaycan Cüdo Federasiyası:

Azərbaycan Cüdo Federasiyası:


Dünən, 12:00
Azərbaycan Cüdo Federasiyası:
Cüdoçu Səid Mollayi (81 kq) hazırda Azərbaycan millisinin üzvü deyil.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

"Amma onun karyerasını bitirib-bitirmədiyi ilə bağlı heç nə deyə bilmərik. Məlumatımız yoxdur", - deyə qurumdan bildirilib.

Qeyd edək ki, Səid Mollayi 2022-ci ilin mayında Azərbaycan yığmasına cəlb edilmişdi. 33 yaşlı cüdoçu 2011-2019-cu illər aralığında İranı, 2019-2022-ci illər aralığında Monqolustanı təmsil edib.

Mollayi 2018-ci ildə Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında isə gümüş mükafata sahib çıxıb.

Geri qayıt