Əsas Səhifə > Güney Press > İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”…

İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”…


Dünən, 12:21
İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”…

Ermənistanın yeni milli təhlükəsizlik strategiyası olacaq. Baş nazirin qərarı ilə əvvəlki strategiya 2020-ci il müharibəsindən iki ay əvvəl qəbul edilib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən milli təhlükəsizlik strategiyasının nəzərdən keçirilməsi üçün yaradılan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın rəhbərlik etdiyi idarələrarası komissiyaya bir sıra idarə rəislərinin müavinləri, həmçinin Baş nazirin müavini Mger Qriqoryanın aparatının rəhbəri, Baş nazirin müavini Tiqran Xaçatryanın müşaviri, parlamentin müdafiə və xarici əlaqələr üzrə daimi komissiyalarının sədrləri, ordunun Baş Qərargah rəisi daxildir.

“Yeni strategiyaya ehtiyac Ermənistanın təhlükəsizlik mühitində baş verən dəyişikliklərlə əlaqədar yaranıb. Əvvəlki milli təhlükəsizlik strategiyasının qəbulundan (2020-ci ilin yayı) bəri Ermənistan ətrafında böyük dəyişikliklər baş verib və bu dəyişikliklərin dinamikasını nəzərə alaraq, biz bir müddət gözlədik və onları gözlədikdən və müəyyən dəqiqləşdirmələrdən sonra yeni milli təhlükəsizlik strategiyasını qəbul etmək qərarına gəldik”, - TŞ katibi Qriqoryan bildirib.

“Hraparak” yazıb ki, yeni milli strategiya ilə bağlı suallar var: 2020-ci ildə qəbul edilən strategiyada Ermənistanın KTMT üzvlüyü vurğulanır və bu təşkilatda fəallığını artırması nəzərdə tutulur. Hazırda isə İrəvan KTMT-də fəaliyyətini dondurub. Yeni strategiyada necə olacaq: hərbi bloklara qoşulma, yoxsa tam neytral?

Digər tərəfdən, əvvəlki strategiyada, “soyqırım” və “Qarabağın tanınması” ilə bağlı ayrıca fəsillər var. Ermənistan “Qarabağın təhlükəsizliyi”nin təminatçısı kimi təqdim olunurdu. İndi necə olacaq?

Nəşr yeni strategiyanın hazırlanmasında məqsədin Qarabağla bağlı məqamların sənəddən çıxarılması olduğunu da iddia edib.

Geri qayıt