Əsas Səhifə > Güney Press > Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib
Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilibDünən, 18:20 |
![]() Azərbaycanda İslam dininə aid ibadət yerlərində (məscidlər) fevralın 26-da vakant vəzifələrin tutulması üçün keçirilən müsahibənin nəticələri açıqlanıb. Bu barədə "DİA-AZ"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, vakant vəzifələrin tutulması üçün keçirilən müsahibədə 16 namizəddən biri iştirak etməyib: "Digər 15 nəfərdən yeddisi müsahibədən keçib, səkkizi isə zəruri keçid balını toplaya bilməyib". Bununla da Şəki və Şirvandakı bəzi məscidlərə yeni din xadimləri seçilib. Geri qayıt |